×
A
A
A
Sazlamalar

YAP Gənclər Birliyinin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Mingəçevir və Gəncə şəhər, Goranboy, Yevlax, Qazax, Ağstafa, Samux, Daşkəsən, Göygöl, Tovuz, Şəmkir, Gədəbəy rayon təşkilatlarının Gənclər Birliyinin sədrləri ilə videokonfrans formatında növbəti regional müşavirə keçirilib.
Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildiriblər ki, videokonfransda Milli Məclisin deputatı Ramin Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasətinin ən mühüm istiqamətlərindən biri kimi cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu gün ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
Sonra videokonfrans iştirakçıları hesabat dövründə fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində qurduğunu, cəmiyyətimizdə gənclərin fəallığının yüksək səviyyədə olması və milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşdiklərini, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatların Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaratdığını, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Sonda gənclərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.

Daxili siyasət 2020-06-08 23:52:00