×
A
A
A
Sazlamalar

Sərt karantin rejimində daşımalara 40-dək avtobus cəlb olunub

Bakı, 8 iyun, AZƏRTAC

Sərt karantin rejiminin tətbiq olunduğu iyunun 6-7-də əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımalar icra edilib. Daşımalara ümumilikdə 40-dək avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb.

Nəqliyyat 2020-06-08 14:57:00