Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Vikipediya”da dəqiq elmlər haqqında məqalələr yaradılır

Bakı, 6 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya" könüllüləri tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, tarixi abidələri və müxtəlif elm sahələri haqqında məqalə yaradılması, zənginləşdirilməsi və redaktə olunması prosesi davam edir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dil bölməsində humanitar mövzularla yanaşı, dəqiq elmlər haqqında da məqalələr yaradılır. Könüllülər tərəfindən Hesabın tarixi (Həndəsə), Dekart (Riyaziyyat), Xrom (Kimya), Brom (Kimya,) və Rubenuklein turşusu (Kimya) haqqında maraqlı məlumatlar “Vikipediya”nın Azərbaycan dili bölməsində yerləşdirilib.
Xatırladaq ki, “Vikipediya”da bu istiqamətdə məqalə yaradılması prosesi davam edir.

Elm və təhsil 2020-06-06 13:08:00