×
A
A
A
Sazlamalar

Siyəzəndə təşkil olunan onlayn şeir müsabiqəsinə 60-a yaxın iştirakçı qatılıb

Siyəzən, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə “İstedadlar sorağında” devizi ilə keçirilən uşaq, yeniyetmə və gənclər arasında onlayn şeir müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Təhsil şöbəsi ilə birgə təşkil etdiyi müsabiqəyə müxtəlif yaş qruplarında 60-a yaxın iştirakçı qatılıb.
Müsabiqə mütaliə mədəniyyətinin təbliği, istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması məqsədi daşıyıb. Şeirlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi zamanı onların məzmununa uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi və ifadəliliyi əsas meyar kimi götürülüb. Münsiflər heyətinin qərarına əsasən müsabiqənin nəticələri 3 yaş qrupu üzrə müəyyənləşib.
Uşaqlar arasında Kənan Abdulov I , Vahid Abdullayev II, Nigar Manaflı III yeri qazanıb. Yeniyetmələrdən isə Fidan Quliyeva, Xoşbəxt Muradlı və Nuray Nadirova müvafiq olaraq ilk üç yerdə qərarlaşıb. Züleyxa Məmmədova, Leyla Zeynalova, Qəfilə Nərimanova isə gənclər arasında seçilənlər olublar.
Qaliblər Fəxri fərmanlarla təltif ediliblər.

Regionlar 2020-06-06 12:53:00