×
A
A
A
Sazlamalar

Ukraynada koronavirusa yoluxanların sayı 26 min 514 nəfərə çatıb

Kiyev, 6 iyun, AZƏRTAC
Ukraynada son üç gündə gündəlik koronavirusa yoluxma halları 500 nəfəri ötür.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada Ukraynada 550 nəfər koronavirusa yoluxub, 15 nəfər isə ölüb, 440 xəstə tam müalicə olunaraq evə buraxılıb.
Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 26 min 514 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 777 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 11812-i müalicə olunaraq evlərinə buraxılıb.
Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2020-06-06 11:36:00