×
A
A
A
Sazlamalar

Xaçmazda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Xaçmaz, 6 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Şöhrət Quliyevi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şöhrət Quliyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ş.Quliyev həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Regionlar 2020-06-06 11:18:00

Video