×
A
A
A
Sazlamalar

ADAU “Bitki mühafizəsi və karantinin müasir aspektləri” mövzusunda beynəlxalq konfransda təmsil olunub

Gəncə, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Qazaxıstan Milli Aqrar Universiteti tərəfindən təşkil olunan “Bitki mühafizəsi və karantininin müasir aspektləri” mövzusunda onlayn konfransda iştirak edib.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rektor ölkəmizdə bitki mühafizəsi və karantini sahəsində görülmüş işlər, bu sahənin elmi və kadr təminatı, universitetdə bitki mühafizəsi ixtisası üzrə mütəxəssis hazırlığı, bitkli klinikasının fəaliyyəti, aqrar məsləhət xidməti, əməkdaşlıq əlaqələri barədə konfrans iştirakçılarına məlumat verib.
Macarıstan, Bolqarıstan, Polşa, Serbiya, Rusiya, Ukrayna, Belarus, Tacikistan, Qırğızıstan və digər ölkələrin aparıcı alimlərinin iştirak etdikləri konfransda bitki mühafizəsinin və karantininin müasir vəziyyəti, əldə olunan nailiyyətlər, aktual problemlər, inteqrə olunmuş və bioloji mübarizə üsulları, pestisidlərin toksiki təsiri, ekoloji məhsul istehsalı, bitki mühafizəsində biotexnologiyanın tətbiqi, fitosanitar, ekoloji və ərzaq təhlükəsizliyinin təmin olunması üzrə bitki mühafizəsi sahəsində təcrübə mübadiləsi məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Regionlar 2020-06-06 07:52:00