×
A
A
A
Sazlamalar

Güclü külək səbəbindən Bolqarıstanın 13 bölgəsində sarı təhlükə kodu elan edilib

Sofiya, 5 iyun, AZƏRTAC

İyunun 5-də güclü külək səbəbindən Bolqarıstanın 13 bölgəsində sarı təhlükə kodu elan olunub. AZƏRTAC ölkənin Milli Meteorologiya və Hidrologiya İnstitutuna istinadən xəbər verir ki, Montana, Vratsa, Sofiya, Loveç, Qabrovo, Veliko Tırnovo, Pazardjik, Plovdiv, Kırdjalı, Xaskovo, Yambol və Burqasda cənub-qərb küləyi əsir. Küləyin sürəti saniyədə 24 metrdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2020-06-05 19:22:00