×
A
A
A
Sazlamalar

AZAL Ankaradan çarter reys həyata keçirib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də “Azərbaycan Hava Yolları” Ankaradan Bakıya çarter reysi həyata keçirib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

İqtisadiyyat 2020-06-05 18:04:00