×
A
A
A
Sazlamalar

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

Moskva, 5 iyun, AZƏRTAC
Ötən gün Rusiyada 8 min 726 nəfərdə koronavirus infeksiyası aşkar edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində 144 xəstə vəfat edib, 8057 nəfər sağalaraq evə buraxılıb. Yoluxanların 1855 nəfəri Moskva sakinidir.
Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 449 min 834 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 212 min 680 xəstə sağalıb, 5528 xəstə vəfat edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2020-06-05 17:46:00