×
A
A
A
Sazlamalar

Polşanın “Historia” jurnalında “Makedoniyalı İsgəndər və Azərbaycan” başlıqlı müsahibə dərc olunub

Varşava, 5 iyun, AZƏRTAC 

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun ölkənin nüfuzlu “Historia” jurnalında “Makedoniyalı İsgəndər və Azərbaycan” başlıqlı müsahibəsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müsahibə Həsən Həsənovun “Böyük İsgəndər və Atropat” monoqrafiyasına əsaslanır. Monoqrafiyanın redaktoru polyak alimi, “Wroklav” Universitetinin professoru Kristof Navodkadır.
Müsahibədə Atropatena-Azərbaycan adlı dövlətin kim tərəfindən yaradılması, onun sərhədləri, burada yaşayan xalqların etimologiyası, Makedoniyalı İsgəndərin bu torpaqlara səfəri, siyasi münasibətləri, yerli xalqların adət və ənənələri və digər maraqlı tarixi faktlar əksini tapır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Elm və təhsil 2020-06-05 16:01:00