Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında
 Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu rəhbər tutaraq və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamənin 3-cü maddəsini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilsinlər:

Əliyev Adil Abış oğlu

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri,

Ağazadə Əminə Həmid qızı

  –

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirbəşir oğlu Elşad

  –

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 Nağıyev Arzu Nəsib oğlu

 –

 Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Mirzəyev Səfa Abbas oğlu 

 –

Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

 
 
 Azərbaycan Respublikası
 Milli Məclisinin Sədri                                      S.Qafarova

 Bakı şəhəri, 5 iyun 2020-ci il.

Qərarlar 2020-06-05 15:23:00