Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Texniki Universiteti ilə “Smart Home” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Smart Home” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, müqaviləyə əsasən universitetin fakültələrinin bakalavr və magistr tələbələri MMC-də istehsalat təcrübəsi keçəcək. Eyni zamanda, “Smart Home”un əməkdaşları üçün AzTU-da ixtisasartırma kursları təşkil ediləcək.
Əməkdaşlıq çərçivəsində elmi-texniki, innovativ yeniliklərin tətbiqi, tələbələr arasından müasir əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanması, gənc startapçıların layihələrinə dəstək göstərilməsi də həyata keçiriləcək.

Elm və təhsil 2020-06-05 15:18:00