×
A
A
A
Sazlamalar

Tərtərdə xuliqanlıq zəminində iki nəfəri bıçaqlayan şəxs tutulub

Bakı, 5 iyun, AZƏRTAC 

İyunun 4-də Tərtər rayonu ərazisində Bərdə şəhər sakini R.Cəmillinin xuliqanlıq zəminində Ağcabədi rayon sakinləri R.Muradova və oğluna bıçaq xəsarətləri yetirməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən R.Cəmilli Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.

Hadisə 2020-06-05 15:00:00