×
A
A
A
Sazlamalar

Daha 144 vətəndaşımız çarter reysi ilə Ankaradan Azərbaycana göndərilib VİDEO

Ankara, 5 iyun, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısı hökumətin tapşırığı ilə Türkiyədən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün iyunun 5-də Bakı-Ankara-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, budəfəki reyslə biri körpə olmaqla 144 vətəndaşımız Azərbaycana göndərilib.
Qeyd edək ki, vətəndaşlarımızın Türkiyədən təxliyəsi martın 15-dən davam edir. "Azərbaycan Hava Yolları" (AZAL) Türkiyə istiqamətindən bundan əvvəl mayın 22-də çarter reysini İstanbuldan həyata keçirib. Təlimata uyğun olaraq xəstə, tənha, uşaqlı qadınların daşınmasına üstünlük verilir.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Nəqliyyat 2020-06-05 14:12:00

Video