×
A
A
A
Sazlamalar

Şamaxıda 1722 hektarda yazlıq bitkilər əkilib

Şamaxı, 5 iyun, AZƏRTAC 

Şamaxıda yazlıq bitkilərin əkini davam edir və artıq 1722 hektarda əkin aparılıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək aparılan yazlıq əkinlərin çoxu dənli və dənli paxlalı bitkilər, o cümlədən arpa, buğda, noxud olub. Habelə, 345 hektarda qarğıdalı, 101 hektarda şəkər çuğunduru, 176 hektarda tərəvəz əkilib.
Hazırda çıxış alınan yaz əkinlərinə aqrotexniki qulluq göstərilir.

Kənd təsərrüfatı 2020-06-05 13:43:00