×
A
A
A
Sazlamalar

Qulam İshaqzai: Gəlin, təbiətə münasibətimizi yenidən nəzərdən keçirək

Bakı, 5 iyun, AZƏRTAC
Bu gün biz Ümumdünya Ətraf Mühit Gününü qeyd edirik. Builki mövzu biomüxtəliflikdir. Biomüxtəliflik quruda və suyun altında həyatı dəstəkləyən bir təməldir. COVID-19 pandemiyası göstərdi ki, biomüxtəlifliyə zərər verməklə əslində insan həyatını dəstəkləyən sistemə mənfi təsir edirik.
AZƏRTAC xəbər verir ki, bunları BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 5 iyun - Ümumdünya Ətraf Mühit günü ilə əlaqədar müraciətində deyib.
O, bildirib ki, Azərbaycanda biomüxtəlifliyi qoruyub saxlamaq üçün meşələri və vəhşi təbiəti mühafizə etməli, enerji və sudan daha səmərəli, təkrar emaldan daha çox, plastikdən isə daha az istifadə etməli, dayanıqlı vərdişlər və biznes modellərinə keçməliyik.
“Gəlin, təbiətə münasibətimizi yenidən nəzərdən keçirək və onu qərar qəbul etmə prosesinin mərkəzinə qoyaq”, - deyə Q.İshaqzai diqqətə çatdırıb.

Ekologiya 2020-06-05 12:42:00