×
A
A
A
Sazlamalar

Vikipediyada Əhmədiyyə Cəbrayılov haqqında özbək dilində bölmə yaradılıb

Daşkənd, 5 iyun, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən partizan hərəkatının əfsanəvi qəhrəmanı, azərbaycanlı Əhmədiyyə Cəbrayılov haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bölmədə qəhrəmanın həyatı, müharibədə, habelə müqavimət hərəkatında göstərdiyi igidlik, bir sıra fransız şəhərlərinin azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə bütün sovet əsgərlərinin adından çıxış etməsi və s. məlumatlar öz əksini tapıb.
Bildirilir ki, azərbaycanlılar İkinci Dünya müharibəsində fəal iştirak edərək faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqa azərbaycanlı döyüşçülərin müharibədəki qəhrəmanlığı barədə həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda kifayət qədər məlumatlar var və onların şəxsiyyətlərinə böyük maraq göstərilir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2020-06-05 12:35:00