×
A
A
A
Sazlamalar

Abşeron Dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkəti dayandırılır

Bakı, 5 iyun, AZƏRTAC

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.
Qeyd edək ki, qərara əsasən, iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.

Nəqliyyat 2020-06-05 11:03:00