×
A
A
A
Sazlamalar

Bakı metrosu həftə sonu fəaliyyətini dayandıracaq

Bakı, 4 iyun, AZƏRTAC

Bakı metrosu həftə sonu fəaliyyətini dayandıracaq.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq iyunun 6-da saat 00:00-dan iyunun 8-də saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Nəqliyyat 2020-06-04 18:50:00