×
A
A
A
Sazlamalar

Abşeron Dairəvi dəmir yolu xətti üzrə qatarların hərəkət cədvəli dəyişdirilib

Bakı, 4 iyun, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbat çoxalıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib. Yeni hərəkət cədvəli ilə bağlı ətraflı məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi saytından əldə etmək olar.

 

Nəqliyyat 2020-06-04 13:46:00