×
A
A
A
Sazlamalar

“Nəqliyyat könüllüləri” proqramına qəbul üzrə onlayn müsahibə mərhələsi başa çatıb

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat könüllüləri” proqramına qəbul üzrə onlayn müsahibə mərhələsi başa çatıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müraciət edən 144 namizəddən 60-ı uğur qazanaraq könüllülük proqramına qəbul olunub. Karantin rejimi şərtləri nəzərə alınmaqla yeni könüllülük proqramı tərtib olunacaq və seçilən könüllülər agentliyin struktur bölmələrində, eləcə də tabeli qurumlarında fəaliyyətlərə cəlb olunacaq. Buna qədər isə onlayn tanışlıq konfransı keçiriləcək. Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq.

 

 

Nəqliyyat 2020-06-04 13:32:00