×
A
A
A
Sazlamalar

Ekspres marşrut xətləri üzrə sərnişindaşımalar dayandırılır

Bakı, 2 iyun, AZƏRTAC

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspres marşrut üzrə sərnişindaşımalar iyunun 4-dən dayandırılır.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.
Ekspres marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və mayın 9-dan Bakı Metropoliteninin fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspres marşrutlara olan tələbatın kəskin (84 faizədək) azalması müşahidə edilib.
Həmçinin agentliyin tələb və tövsiyələrinə əsasən, daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Nəqliyyat 2020-06-02 19:31:00