×
A
A
A
Sazlamalar

Mülki aviasiya işçiləri təltif olunub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanın mülki aviasiya işçiləri təltif edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir nəfərə “Əməkdar mühəndis”, 6 nəfərə isə “Əməkdar pilot” fəxri adı verilib.
Ölkə başçısı, həmçinin “Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə iki nəfər 2-ci dərəcəli “Əmək” ordeni, bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 10 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Nəqliyyat 2020-06-02 16:40:00