×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Səfərov Emin Nadir oğlu

“Əməkdar pilot”

Əliyev Hacıağa Muxtar oğlu
Əlizadə Sadıx Pərviz oğlu
Hidayətov Ramiz Rasim oğlu
Novruzov Əkbər Mühüddin oğlu
Sadıxov Vaqif Fazil oğlu
Truxanov Vasiliy Pavloviç.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2020-ci il.

Sərəncamlar 2020-06-02 16:30:00