×
A
A
A
Sazlamalar

Yamaykanın Baş Naziri Endryu Holnessdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Yamayka hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Diplomatik əlaqələrin qurulduğu ötən 24 il ərzində Yamayka və Azərbaycan arasında səmimi münasibətlər formalaşıb. Bu münasibətlərin gələcək illərdə ikitərəfli və çoxtərəfli formatda möhkəmlənməsi imkanlarının genişlənməsinə ümid edirik.
Cənab Prezident, xahiş edirəm Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzularımı qəbul edin.
Hörmətlə,

 

Endryu Holness
Yamaykanın Baş Naziri

Məktublar 2020-06-02 16:26:00