×
A
A
A
Sazlamalar

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Monqolustan ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin möhkəmlənməsində Sizinlə davamlı əməkdaşlıqdan məmnunluğumu bildirirəm. Sizə böyük məmnuniyyətlə məlumat verirəm ki, bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşümüz zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı apardığımız müzakirələrin nəticəsi olaraq bizim nümayəndə heyətimiz Bakıda uğurla işləyib. Dağ-mədən, kənd təsərrüfatı və yüngül sənaye sahələrində əməkdaşlıq və təcrübə mübadiləsinə dair danışıqlar müvəffəqiyyətlə davam edir. Cənab Prezident, əminəm ki, Siz bu səyləri dəstəkləməkdə davam edəcəksiniz.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.
Dərin hörmətlə,

 

Xaltmaaqiyn Battulqa
Monqolustanın Prezidenti

Məktublar 2020-06-02 16:02:00