×
A
A
A
Sazlamalar

Livan Respublikasının Prezidenti General Mişel Aundan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.
Livan və Azərbaycan arasında diplomatik münasibətlər qurulandan bəri ikitərəfli əlaqələrimiz daha da yaxınlaşıb. Əminəm ki, xalqlarımızın daha parlaq gələcəyi üçün ölkələrimiz bu möhkəm təmələ əsaslana bilər.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

 

General Mişel Aun
Livan Respublikasının Prezidenti

Məktublar 2020-06-01 14:09:00