Səudiyyə Ərəbistanında iki aylıq fasilədən sonra 90 min məscid ibadətə açılıb
Qahirə, 31 may, AZƏRTAC
Səudiyyə Ərəbistanında COVID-19 pandemiyası ilə əlaqədar bağlanan 90 min məscid iki aylıq fasilədən sonra yenidən ibadətə açılıb. Dindarlara sosial məsafə qaydalarına əməl etmək, tibbi maskalardan istifadə tövsiyə olunub. Bundan başqa, məscidlərdə dezinfeksiya işlər aparılıb. Yeni qaydalara əsasən, məscidlər hər əzandan 15 dəqiqə əvvəl qapılarını açır və namazdan 10 dəqiqə sonra bağlanılır. Cümə namazları üçün isə cəmi 20 dəqiqə vaxt ayrılıb.
AZƏRTAC xəbər verir ki, mayın 31-də Qüdsdəki Əl-Əqsa məscidi də dindarların ibadəti üçün açılıb. Burada da yeni növ koronavirus əleyhinə profilaktik tədbirlər görülür.
Bütün bu tədbirlərlə yanaşı, Səudiyyə Ərəbistanında COVID-19 virusuna yoluxma halları artır. Krallıqda virusa yoluxanların sayı 84 min nəfərdən çoxdur. Bu ölkənin Səhiyyə Nazirliyi Ramazan bayramı günlərində vəziyyətin daha da pisləşdiyini bildirib və məhdudlaşdırıcı tədbirlərin davam edəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Məkkə və Mədinədə pandemiya əleyhinə işlər davam etdirilir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır