×
A
A
A
Sazlamalar

Xorvatiya Avropa İttifaqına üzv olan 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb

Zaqreb, 31 may, AZƏRTAC

Xorvatiya Avropa İttifaqına üzv olan 10 ölkənin vətəndaşları üçün sərhədlərini açıb.
AZƏRTAC ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çexiya, Macarıstan, Avstriya, Estoniya, Latviya, Litva, Polşa, Sloveniya, Almaniya və Slovakiyadan gələn vətəndaşlar maneəsiz Xorvatiyaya daxil ola bilərlər. Ölkə sərhədlərində tıxacların yaranmaması üçün xüsusi elektron qeydiyyat sistemi yaradılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb

Dünya 2020-05-31 17:28:00