×
A
A
A
Sazlamalar

Qazaxıstanda siyasi repressiya qurbanlarının xatirə günü qeyd olunur

Nur-Sultan, 31 may, AZƏRTAC
1997-ci ildən başlayaraq hər il mayın 31-i Qazaxıstanda siyasi repressiya qurbanlarının xatirə günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, statistikaya görə, Qazaxıstanda 1921-ci ildən 1954-cü ilə qədər təxminən 100 min insan məhkum edilib, 20 mindən çox insan isə güllələnib.
Repressiya qurbanları Qazaxıstanın ərazisindəki ən böyük düşərgələrdə - "Uzaq", "Qumlu", "KarLaq", "Çöl", "ALJİR" və "KamışLaq"da yerləşdirilmişdi.
Qazaxıstan paytaxtının yaxınlığındakı Akmola qəsəbəsində repressiyaya məruz qalmış qurbanların xatirəsinə memorial abidə ucaldılıb.
Qeyd edək ki, 1936-1946-cı illərdə bu düşərgədə Azərbaycandan olan 44 qadın saxlanılıb. Onların əksəriyyəti elə həmin ərazidəki ümumi düşərgə məzarlığında dəfn olunublar. Repressiya illərində Qazaxıstan milyonlarla Sovet vətəndaşı üçün deportasiya yerinə çevrilib.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Dünya 2020-05-31 16:55:00