ABŞ-da koronavirusa 24 mindən çox yeni yoluxma qeydə alınıb
Bakı, 31 may, AZƏRTAC
ABŞ-da son sutka ərzində koronavirusa 24 mindən çox yoluxma halı qeydə alınıb, 967 nəfər isə COVID-19 xəstəliyi səbəbindən vəfat edib.
AZƏRTAC pandemiyanın statistikasını aparan Cons Hopkins Universitetinə istinadla xəbər verir ki, son sutkada ABŞ-da 24 min 146 nəfər, öncəki gün isə 24 min 266 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən gün 967 nəfər, mayın 30-da isə 1193 nəfər həyatını itirib.
Qeyd edək ki, Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 16:00-a olan məlumatına əsasən, dünyada 6 milyon 185 mindən çox yoluxma və 371 min 401 ölüm faktı qeydə alınıb, 2 milyon 754 min 611 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
ABŞ-da koronavirusa yoluxanların sayı ümumilikdə 1 milyon 817 min 409 nəfərə çatıb, 105 min 575 nəfər isə xəstəlik səbəbindən ölüb. Hazırda müalicə alan xəstələrdən 17 min 163-nün vəziyyəti ağır qiymətləndirilir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır