×
A
A
A
Sazlamalar

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Loran Pultye dü Mesnildən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq.
Fransa Azərbaycan ilə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük əhəmiyyət verir. Bu gün hökumətinizin səyləri nəticəsində ölkələrimiz arasında energetika, nəqliyyat, infrastruktur, yüksək texnologiyalar, ətraf mühit, təhsil, turizm, xidmət sektoru, regionlararası əlaqələr və sair kimi bir çox sahələrdə fəal əməkdaşlıq mövcuddur.
Birgə səylərimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə münasibətlərimizin daha da inkişafına, möhkəmlənməsinə xidmət edir və edəcəkdir.
İctimai həyatın bütün sahələrində uğurla reallaşdırdığınız böyük layihələr nəticəsində əldə olunan dəyişikliklər bizdə xoş təəssürat yaradıb. Bu dəyişikliklər Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətlərlə müşayiət olunur. Qazanılan nailiyyətlər beynəlxalq aləmdə yüksək qiymətləndirilir və ölkənizin dünyadakı mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Bu fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, Fransanın böyük dostu olan Azərbaycan xalqına isə firavanlıq arzulayırıq.
Ölkələrimizin daha da yaxınlaşması üçün Sizinlə əməkdaşlığa hər zaman sadiqik.
Cənab Prezident, ən dərin hörmətimizi qəbul etməyinizi xahiş edirik.

 

Loran Pultye dü Mesnil
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti

Məktublar 2020-05-31 15:14:00