×
A
A
A
Sazlamalar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru,“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə


Möhtərəm cənab Prezident.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü – Respublika Günü münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi qəbul edin. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycan 102 il bundan əvvəl ən yüksək demokratik dəyərləri bəyan etməklə yanaşı, öz praktiki fəaliyyətində onları təmin etmiş ölkələrdən biridir.
Azərbaycan tarixində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan dünyəvi demokratik dövlətin ilk modeli idi. Bugünkü Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin layiqli varisidir.
Həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı bu amansız dünyada Azərbaycan sabitlik, firavanlıq, tolerantlıq və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı adadır.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına Azərbaycanın və cənab Prezident, şəxsən Sizin dünyada presedentləri olmayan diqqətli və səmimi münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara hörmətli münasibətinizə görə İsrail cəmiyyətinin böyük hissəsinin haqlı hörmətini qazanmısınız.
Hörmətli cənab Prezident, Sizə və Sizin gözəl ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq, məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm.
Dərin hörmətlə,
Arye Qut
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,
“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

Məktublar 2020-05-30 19:05:00