×
A
A
A
Sazlamalar

Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fondun prezidenti Biserka Yevtimiyeviçdən və icraçı direktoru Esma Sirbubalodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Üzvləri dünyanın qırx ölkəsini təmsil edən ziyalıların məşhur nümayəndələri, alimlər və diplomatlar olan, təsisçi ölkələrdən birinin Azərbaycan Respublikası olduğu “Davamlı Sülh və İnkişaf uğrunda Beynəlxalq Fond” (IFSPD) adından milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimizi qəbul edin.
102 il bundan əvvəl - 1918-ci il mayın 28-də Şərqdə və bütün müsəlman dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. XX əsrin sonunda Azərbaycanın bərpa etdiyi dövlət müstəqilliyi bütün vətəndaşların rifahı naminə ölkənizin demokratik və iqtisadi inkişafı üçün yeni imkanlar yaradıb.
IFSPD-nin rəhbərliyi və bütün üzvləri adından Sizə səmimi qəlbdən uğurlar, sülh, əmin-amanlıq və iqtisadi inkişaf arzu edirik.
Sizə ən yüksək ehtiramımızı qəbul edin.



Biserka Yevtimiyeviç
Bolqarıstandan Davamlı Sülh və İnkişaf
uğrunda Beynəlxalq Fondun prezidenti,

Esma Sirbubalo
Davamlı Sülh və İnkişaf uğrunda
Beynəlxalq Fondun icraçı direktoru

Məktublar 2020-05-30 15:57:00