×
A
A
A
Sazlamalar

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı iyulun 1-dək uzadıb

Minsk, 30 may, AZƏRTAC

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı 2020-ci il iyulun 1-dək uzadıb. Malların siyahısına maskalar, xalatlar, birdəfəlik tibbi dəstlər, oksigen terapiyası və süni tənəffüs üçün aparatlar daxildir.
AZƏRTAC xəbər verir ki, Belarus Nazirlər Şurasının bu qərarı milli hüquq internet portalında açıqlanıb.
Bu sənədlə tibbi malların Belarusdan kənara, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə ixracına müvəqqəti qadağa qoyulur. Ölkənin Səhiyyə Nazirliyinin icazə verdiyi, üzərində adı, miqdarı, qiyməti göstərilən, habelə ixrac edən təşkilat barədə məlumatlar olan mallar istisna təşkil edır.
Xatırladaq ki, Belarus hökuməti daha əvvəl tibbi malların ixracına iyunun 1-dək qadağa qoymuşdu.
Rüstəm Məmmədov
Minsk 

Dünya 2020-05-30 03:10:00