×
A
A
A
Sazlamalar

Gürcüstan builki seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək

Tbilisi, 30 may, AZƏRTAC
Gürcüstan oktyabrın 31-nə nəzərdə tutulmuş parlament seçkilərini daha demokratik, azad və şəffaf keçirməkdə maraqlıdır. Bunun üçün hökumət əlindən gələni edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya parlamentdəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstanın builki parlament seçkilərində daha çox müşahidəçi olacaq. Hökumət seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək.
“Epidemioloji testlər olacaq, məsafələr qorunacaq, müşahidəçilər nəqliyyat vasitələri ilə təmin ediləcək. Əlimizdən gələni edəcəyik ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün heç bir maneə olmasın. Pandemiyanın qlobal partlaması baş verməsə, onlar mütləq seçkilərdə iştirak edəcəklər”, - deyə Giorgi Qaxariya vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Dünya 2020-05-30 02:27:00