×
A
A
A
Sazlamalar

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək

Stokholm, 30 may, AZƏRTAC

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək.
AZƏRTAC Norveç hökuməti dəftərxanasının pres-relizinə istinadla xəbər verir ki, norveçlilər növbəti bazar ertəsindən etibarən şimal ölkələrinə yenidən səfər edə biləcək və geri qayıtdıqdan sonra məcburi qaydada karantinə alınmayacaqlar.
Beləliklə, indi norveçlilər ölkədaxili yerdəyişmələr üçün nəzərdə tutulmuş qaydalara müvafiq olaraq Şimali Avropanın bütün ölkələrində işləyə və məzuniyyətlərini keçirə biləcəklər.
Hazırda Norveç hökuməti evdən işləmə təklifləri ilə bağlı məsələni də müzakirə edir. Bundan əlavə, Oslo və Bergen şəhərlərində gələn ay korporativ ofislərin açılması gözlənilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm 

Dünya 2020-05-30 01:54:00