×
A
A
A
Sazlamalar

İyunun 1-dən Qazaxıstanda nəzarət-buraxılış məntəqələri yığışdırılacaq

Nur-Sultan, 30 may, AZƏRTAC

Qazaxıstanda yeni növ koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar mart ayında qurulan nəzarət-buraxılış məntəqələri iyunun 1-dən yığışdırılacaq.
Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi Nəqliyyat Komitəsi sədrinin müavini Janibek Tayjanov bildirib ki, idarələrarası komissiyanın qərarına əsasən, iyunun 1-də şəhərlərarası nəzarət-buraxılış məntəqələrinin yığışdırılması və nəqliyyatın iyunun 5-dən etibarən bərpa etdirilməsi üçün işlər aparılır.
Ölkədə ciddi karantin qaydalarına riayət olunmaqla iyunun 5-dən etibarən avtovağzalların və sərnişin avtobusu xidmətlərinin də bərpası planlaşdırılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan 

Dünya 2020-05-30 00:32:00