×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.
Əlamətdar bayramınız – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dövlət quruculuğu işində, dərin iqtisadi və sosial dəyişikliklər həyata keçirilməsində sanballı uğurlar nümayiş etdirir.
Azərbaycan zəngin resurs və intellektual potensiala malik olan, perspektivli, dinamik inkişaf edən, öz bənzərsizliyini, milli ənənələrini qoruyub saxlamış, dünya şöhrətli istedadlı alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirmiş ölkədir.
Siz dahi atanız - müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin işini ləyaqətlə davam etdirirsiniz.
Əminəm ki, ölkələrimiz arasında siyasi, iqtisadi-ticari və humanitar sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verir, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, sülh, əmin-amanlıq, Azərbaycanın rifahı naminə yeni uğurlar arzu edirəm.
Səmimi hörmət və ən xoş arzularla,

 

Leonid Slutski
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri,
Rusiya Sülh Fondunun idarə heyətinin sədri.

Məktublar 2020-05-29 19:18:00