×
A
A
A
Sazlamalar

Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Rusiya azərbaycanlıları adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və Sizi milli bayramımız – Respublika Günü münasibətilə təbrik edirəm.
Öz Vətəni ilə, onun zəngin tarixi və bənzərsiz mədəniyyəti ilə daim fəxr edən Azərbaycan xalqının tarixində Respublika Günü ən mühüm bayramlardan biridir.
Bizim ölkəmiz dövlətçiliyin böyük, çətin, lakin layiqli quruculuq, inkişaf və möhkəmlənmə yolunu keçmişdir. Azərbaycan Respublikasının yaranması xalqın yeni tarixi şəraitdə müstəqillik və inkişaf səylərini nümayiş etdirdi.
Müasir Azərbaycanın müstəqil dövlətə çevrilməsi, dövlət quruculuğu və fəal siyasi, sosial-iqtisadi islahatlar Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Böhran dövründə bizim ölkəmizə sabitliyi məhz Heydər Əliyev gətirdi. Məhz onun müdrik, ölçülüb-biçilmiş siyasəti nəticəsində Azərbaycan dünyada hamı tərəfindən tanınan inkişaf etmiş dövlət oldu.
Bu gün dahi Heydər Əliyevin işinin davamçısı kimi Sizin sayənizdə, Sizin uzaqgörən və ardıcıl siyasətiniz sayəsində Azərbaycan sabit inkişaf edir və beynəlxalq arenada uğurlu, multikultural dövlət olmaqda davam edir.
Fürsətdən istifadə edərək, Rusiyada yaşayan azərbaycanlılara göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz hər şeydə Sizi dəstəkləyirik və əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz altında müstəqilliyin möhkəmləndirilməsi və hərtərəfli inkişaf yolunda yeni uğurlar qazanacaq, qarşısına qoyduğu bütün məqsədlərə çatacaq və öz ərazi bütövlüyünü həmişəlik bərpa edəcək!
Bir daha Sizi bayram münasibətilə təbrik edirəm! Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı, səadət, rifah, sülh və həmrəylik arzulayıram!
Səmimi hörmətlə,
Fazil Qurbanov
Rusiyanın Azərbaycan diasporunun rəhbəri, akademik

Məktublar 2020-05-29 19:00:00