×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri Mahmud-Əli Kalimatovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Sizi və xalqınızı dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat eşqi, respublikanızın rifahı naminə quruculuq fəaliyyətinizdə uğurlar diləyirəm.
Bütün Azərbaycan xalqına səadət, xoş günlər, sülh və əmin-amanlıq, Sizin gözəl diyarınıza bundan sonra da tərəqqi, sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Mahmud-Əli Kalimatov
Rusiya Federasiyası İnquş Respublikasının rəhbəri.

Məktublar 2020-05-29 18:36:00