×
A
A
A
Sazlamalar

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edirəm.
Xalqın iradəsi və respublika rəhbərliyinin milli mənafelərə əsaslanan siyasəti sayəsində həyatın çox sahələrində böyük uğurlar qazanmış Azərbaycan bu gün də inkişaf və quruculuq yolunda inamla irəliləməkdə davam edir.
Dağıstanda Azərbaycan Respublikası ilə tarixən yaranmış çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanan səmərəli birgə fəaliyyəti yüksək qiymətləndirirlər.
Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv əməkdaşlıq və mehriban qonşuluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək, Rusiya və Azərbaycan xalqlarının rifahına xidmət edəcək.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzularımı qəbul edin.
Hörmətlə,
Vladimir Vasilyev
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri.

Məktublar 2020-05-29 18:39:00