×
A
A
A
Sazlamalar

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,
Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Azərbaycanın Respublika Günü münasibəti ilə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Ölkənizin və xalqınızın rifahı və tərəqqisi üçün ən xoş arzularımı yetirirəm.
Azərbaycan hökumətinin turizm sektorunda davamlı inkişaf əldə etmək qətiyyəti sevindirici haldır. Bu, ölkənizin davamlı sosial və iqtisadi inkişafı üçün turizmə verdiyiniz önəmin göstəricisidir.
Dünya Turizm Təşkilatının Sizə səylərinizdə hərtərəfli dəstək verməyə hazır olduğuna əmin ola bilərsiniz. İnanıram ki, bütün bunlar Azərbaycanın ümumi sosial-iqtisadi inkişafında özünü büruzə verəcək.
Zati-aliləri, bir daha Sizi təbrik edir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,

Zurab Pololikaşvili
Dünya Turizm Təşkilatının Baş katibi.

Məktublar 2020-05-29 15:44:00