×
A
A
A
Sazlamalar

Qubada dərəyə aşan avtomobildə bir nəfər ölüb

Quba, 29 may, Elxan Yusifli, AZƏRTAC 

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonunun Ördüc kəndi ərazisində “UAZ” markalı minik avtomobili dərəyə aşıb. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlu hadisə yerində dünyasını dəyişib.
Deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan meyitin çıxarılması üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. P.Hüseynovun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Hadisə 2020-05-29 12:40:00