Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb
Bakı, 29 may, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri - Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb.
E.Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İ.Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO