×
A
A
A
Sazlamalar

Xəzər rayon gəncləri “Nə? Harada? Nə zaman?" intellektual yarışda iştirak ediblər

Bakı, 29 may, AZƏRTAC
Xəzər rayon gəncləri arasında onlayn formatda “Nə? Harada? Nə zaman?" intellektual oyun üzrə yarış keçirilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarış 28 May-Respublika Gününə həsr olunub. İntellektual oyunda tərkibində 5 nəfər olmaqla 7 komanda iştirak edib.
Yarışda ən yüksək nəticəni “Xəzər” komandası əldə edib. İkinci yerə “Uğur”, üçüncü yerə isə “Xəmsə” komandaları layiq görülüb.

Cəmiyyət 2020-05-29 02:53:00