×
A
A
A
Sazlamalar

Saatlı rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 28 may, AZƏRTAC

Mayın 26-da Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən su kanalından baş nahiyəsində (küt alətlə) xəsarəti olan 45-50 yaşlı qadın meyiti tapılması ilə barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalarla cəsədin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyənləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov tutulub.

Hadisə 2020-05-28 19:01:00