×
A
A
A
Sazlamalar

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi Respublika Günü münasibətilə təbrik edib

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan xalqının həyatında yeni bir mərhələ və tarixi hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə onu səmimi-qəlbdən təbrik edirəm. Bununla əlaqədar Şərqdə ilk demokratik respublika olan, müstəqilliyini ilk olaraq Osmanlı dövlətinin tanıdığı Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə və azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə aparmış Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa başda olmaqla şəhidlərin xatirəsini ehtiramla anıram.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan ölkəmizi 28 May - Respublika Günü münasibətilə təbrikində bildirib.
“Allahdan şanlı Azərbaycan bayrağının bu torpaqlar üzərində daim dalğalanmasını və bu ölkənin bir daha müstəqillik uğrunda mübarizə aparmaq məcburiyyətində qalmamasını arzulayırıq. Həqiqət odur ki, Azərbaycanın istiqlalı Türkiyənin də istiqlalıdır. “Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” - deyə H.Altınalan vurğulayıb.

Sosial 2020-05-28 14:37:00