Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanda koronavirusa yoluxma hallarının aşkarlanması üçün daha 4325 test aparılıb

Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4325 test aparılıb. Bununla da indiyədək aparılan testlərin ümumi sayı 280 min 663-ə çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib. Həmçinin bildirilib ki, hazırda ölkəmizdə aktiv koronavirus xəstələrinin sayı 1617 nəfərdir. Xəstələrdən 71 nəfəri reanimasiyadadır və onlardan 18-i süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, mayın 27-də Azərbaycanda koronavirusa daha 165 yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. İndiyədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin müalicəsi isə xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Səhiyyə 2020-05-27 23:03:00